Ru
21:37 / 04 Oktyabr 2024

Toya şortikdə gedən Ayandan təəccübləndirən cavab

1521
Bu yaxınlarda toy məclislərinin birinə şortikdə gedən müğənni Ayan Babakişiyeva ona yazılan tənqidlərə cavab verib.

Bakupost.az xəbər verir ki, bu barədə "Qonaqcanlı" verilişində danışan ifaçı geyimində bir qüsur görmədiyini bildirib:

"Toy məclisi də bir səhnədir. Ora da sənin və mahnılarının tamaşaçılara, dinləyicilərə təqdimatındır. Mənə elə gəlir ki, geyimimdə bir qüsur yoxdur. O zaman qüsur olardı ki, artıq çəkim olardı, bədən quruluşum o geyimi geyinməyə icazə verməzdi. Əgər mən pəhrizimə və günlərlə ac qalmağıma rəğmən o libası geyinə bilirəmsə, nə xoş mənə".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar