Ru
13:55 / 26 Noyabr 2024

Toyda azərbaycanlılar arasında dava düşdü - 9 yaralı var

Toyda azərbaycanlılar arasında dava düşdü - 9 yaralı var
Eye

Gürcüstanın Bolnisi bölgəsində yaşayan azərbaycanlılar arasında dava düşüb.

Bakupost.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Dəllər kəndində baş verən toy zamanı gənclər arasında mübahisə kütləvi davaya çevrilib.

Hadisə zamanı 9 nəfər yaralanıb. Onların 7-si bıçaqlanıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd olunur ki, bıçaqlanma hadisəsi ilə bağlı polis iki nəfəri həbs edib. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin sağlamlığa ağır zərər vurma maddəsi ilə araşdırma aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar