Ru
09:32 / 28 Noyabr 2024

Toyuq və quş ətinin qiyməti artdı - VİDEO

Toyuq və quş ətinin qiyməti artdı - VİDEO
Eye


Paytaxt sakinlərinin sözlərinə görə, əvvəllər 17, 18 manata aldıqları hinduşka əti indi 19-20 manata təklif olunur.

Bakupost.az xəbər verir ki, satıcılar da qiymətlərin qalxdığını deyirlər. Bölgə bazarlarında da vəziyyət demək olar ki, eynidir. İsmayıllı sakinləri deyirlər ki, ötən illə müqayisədə kəskin qiymət artımı var.


Satıcılar bahalaşmanın alıcı sayına təsir etdiyini bildirirlər.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, qiymətlərin artmasının müxtəlif səbəbləri var. Xüsusən, hinduşka, qaz, ördək kimi quş növlərinin kütləvi şəkildə istehsal olunmaması bahalaşmaya təsir edən əsas amillərdəndir.

İqtisadçı Xalid Kərimli bildirib ki, son 1 ildə ümumilikdə ət və ət məhsulları 4,4 faiz bahalaşıb.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar