Ru
19:00 / 25 Fevral 2025

Toyuq, yoxsa yumurta? - Təkamül probleminin həlli yolu tapıldı

Toyuq, yoxsa yumurta? - Təkamül probleminin həlli yolu tapıldı
934

Təkamül biologiyasında məşhur "toyuq-yumurta" dilemması ilə müqayisə oluna biləcək bir sual var. Hansı qabiliyyət əvvəl yaranıb: tənəffüs üçün oksigendən istifadə etmək, yoxsa fotosintez yolu ilə onu ifraz etmək? Bu yaxınlarda alimlər uzun müddətdir davam edən bu suala cavab verməyə açar ola biləcək bir molekul kəşf ediblər.

Bakupost.az xəbər verir ki, araşdırmanın nəticəsi “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub.

Alimlər azot dövranında iştirak edən bakteriyaları tədqiq edərkən gözlənilməz bir kəşflə qarşılaşıblar. Bu bakteriyalardan biri olan Nitrospirota növünü araşdıran alim Feliks Elling, fotosintez prosesində bitkilərin istifadə etdiyi molekulları xatırladan bir molekul kəşf edib.

Söhbət bütün canlı orqanizmlərin enerji mübadiləsində iştirak edən universal birləşmə, xinonun bir növü olan metil plastokinon adlı molekuldan gedir. Əvvəllər, xinonların ya anaerob (oksigen tələb etməyən), ya da aerob olduğuna inanılırdı, bunlar "bitki" və "heyvan" tipinə bölünür. Yeni tapılan molekulun isə onlar arasında keçid halqası olduğu ortaya çıxdı.

Bu kəşf, 2,3-2,4 milyard il əvvəl baş verimiş və siyanobakteriyaların kütləvi şəkildə oksigen istehsal etməyə başladığı bir dövr olan “Oksigen Fəlakəti” haqqında mövcud anlayışımızı dəyişir. Belə ki, indiyə qədər fotosintezin aerob tənəffüsdən əvvəl meydana gəldiyinə inanılırdı .Bununla belə, yeni tapıntı göstərir ki, bəzi bakteriyalar siyanobakteriyalar kütləvi şəkildə oksigeni istehsal etməyə başlamazdan əvvəl də oksigendən istifadə edə biliblər.

"Bu, sanki, toyuq və yumurtanın eyni anda yaranması kimidir", - deyə Ellinq vurğulayıb.

Tədqiqatın həmmüəllifi professor Enn Pirsonun fikrincə, oksigendən təhlükəsiz istifadə etmək qabiliyyəti mürəkkəb həyat formalarının inkişafına imkan verən əsas təkamül addımı idi. Bu prosesin izləri hətta bədənimizdə qorunub saxlanılmışdır: xinonların strukturunda fərqliliklərə insanın mitoxondrilərində və bitkilərin fotosintetik sistemlərində rast gəlmək olar.

"Biz iki milyard ildən çox müddətdə yaşamış molekulyar bir fosil kəşf etdik", - deyə Ellinq əlavə edib.

Lalə, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar