Ru
21:42 / 09 Aprel 2025

Tramp 75-dən çox ölkəyə tətbiq etdiyi rüsumları dayandırdı

Tramp 75-dən çox ölkəyə tətbiq etdiyi rüsumları dayandırdı
Eye

Amerika Birləşmiş Ştatları 75-dən çox ölkəyə ticarət tariflərini 90 gün müddətinə dayandırır.

Bakupost.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.

"75-dən çox ölkənin ABŞ nümayəndələrini ticarət, ticarət maneələri, tariflər, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı müzakirə olunan məsələlərin həlli üçün danışıqlar aparmağa çağırması faktına əsaslanaraq, mən 90 günlük fasiləyə və həmin müddət ərzində 10 faizlik qarşılıqlı tarifin əhəmiyyətli dərəcədə azaldılmasına icazə verdim", - deyə Tramp qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, tariflərin dayandırılması "dərhal qüvvəyə minir".

Bundan əlavə, Tramp ABŞ-ın Çinə tətbiq etdiyi tarifləri dərhal 125%-ə qaldıracağını bildirib. Onun sözlərinə görə, Çin “dünya bazarlarına hörmətsizlik” göstərib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar