ABŞ dünya sülhü üçün Qrenlandiyanı ələ keçirməlidir.
Bakupost.az xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Biz ABŞ üçün sülhdən danışmırıq. Biz dünya sülhündən, qlobal sülhdən danışırıq. Biz beynəlxalq təhlükəsizlikdən danışırıq", - o qeyd edib.
Qeyd edək ki, martın 28-də ABŞ-nin vitse-prezidenti Vens və həyat yoldaşı Qrenlandiyaya səfər ediblər. Səfərlə bağlı xüsusi təhlükəsizlik tədbirləri görülüb. Vitse-prezidentin Qrenlandiyadakı ABŞ hərbi bazasını ziyarət etdiyi və orada qaldığı bildirilir.