Ru
22:59 / 03 Mart 2025

Tramp Ağ Evdə tapılan kokainin sahibinin adını açıqladı

Tramp Ağ Evdə tapılan kokainin sahibinin adını açıqladı
Eye

2023-cü ilin iyulunda Ağ Evdə tapılan kokain Co Baydenin ailəsindən kiməsə aid idi.

Bakupost.az "Daily Mail"ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Yeri gəlmişkən, sizə deməliyəm, düşünürəm ki, bu məsələ ilə (tapılmış kokainlə) məşğul olacağam, çünki orada pis hadisələr baş verib”, – deyə Ağ Evin rəhbəri bildirib.

Kokain olduğu ortaya çıxan ağ toz 2 iyul 2023-cü ildə Ağ Evdə tapılıb, bundan sonra bina boşaldılıb. Həmin gün ABŞ-ın o zamankı prezidenti Co Baydenin narkotik qalmaqalları ilə tanınan oğlu Hanterin iqamətgahda olduğu bildirilirdi.

The New York Post, kokainin "Bayden ailəsinə yaxın birinə aid ola biləcəyini və ehtimal ki, prezident onun kim olduğunu" bildiyini bildirmişdi.

Zaur,BakuPost


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar