Ru
15:53 / 28 Fevral 2025

“Tramp Avropa İttifaqını özünə daha sıx bağlamağa çalışacaq” - Açıqlama

“Tramp Avropa İttifaqını özünə daha sıx bağlamağa çalışacaq” - Açıqlama
Eye 859

“Trampın Rusiya ilə dialoqu və Ukrayna məsələsini birbaşa həll etmək cəhdləri gələcək proseslərdə Avropa İttifaqının daha ciddi şəkildə zəifləməsinə yönələcək. Hazırkı vəziyyət bu qrumun gələcəyi ilə bağlı müəyyən suallar doğurur. Bu da Avropada müəyyən fikir birliyinin olmamasından qaynaqlanır".

Bunu Bakupost.az -a politoloq Oqtay Qasımov bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ukrayna məsələsi ilə bağlı danışıqlarda iştirak etmək istəyir. Bu da ABŞ-ın qərarından asılıdır:



“Trampın siyasəti onun üzərində qurulub ki, məhz Avropa İttifaqını Rusiya təhlükəsi ilə üz-üzə qoymaqla onu özünə daha çox sıx bağlasın. Bundan başqa, Avropa İttifaqı ölkələrinin də öz maraqları var və onlar iddialarını davam etdirmək üçün mütləq ABŞ ilə razılaşmalıdırlar”.

Politoloq qeyd edib ki, Ukraynanın taleyinin Rusiya və ABŞ tərəfindən onun olmadan müzakirə olunması Kiyev üçün heç də yaxşı gələcək vəd etmir.

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar