Ru
09:26 / 22 Fevral 2025

Tramp Baş Qərargah rəisini işdən çıxardı

Tramp Baş Qərargah rəisini işdən çıxardı
909

Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunu vəzifəsindən azad etdiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında paylaşım edib.

Tramp ona ölkə qarşısında 40 ildən artıq xidmətinə görə ona təşəkkür edib: “General Brauna ölkəmizə göstərdiyi 40 ildən artıq xidmətinə görə təşəkkür edirəm. Ona və ailəsinə xoş gələcək arzulayıram”.

O, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Den Razin Keynin bu vəzifəyə namizədliyini irəli sürdüyünü bildirib. İndi onun namizədliyi Senat tərəfindən təsdiqlənməlidir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar