Ru
10:49 / 22 Yanvar 2025

Tramp beynəlxalq məhkəməni İsrailə görə cəzalandırır? - Açıqlama

Tramp beynəlxalq məhkəməni İsrailə görə cəzalandırır? - Açıqlama
539


"Trampın hədəflərindən biri də Ermənistanın təzəcə üzv olduğu Beynəlxalq Cinayət Məhkəməsidir. O, bu quruma sanksiya tətbiq etməyi planlaşdırır. Sanksiya təşkilatın özünə, hakimlərə və prokurora tətbiq edilə bilər. BCM İsrail baş naziri və keçmiş müdafiə nazirinə qarşı müharibə cinayətləri törətməklə bağlı cinayət işi açıb. Trampı qəzəbləndirən də əsasən, budur”.

Bunu Bakupost.az -a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib.


O vurğulayıb ki, onsuz da ABŞ bu məhkəməni mənasız bir quruma çevirmişdi:

"Dünyanın 150-yə yaxın ölkəsi, o cümlədən Azərbaycanla ikitərəfli müqavilə bağlayaraq müharibə cinayətləri törətməkdə təqsirləndirlən ABŞ vətəndaşlarına münasibətdə məhkəmə ilə əməkdaşlıq etməməyə razılaşmışdır. Yəni bu ölkələr müharibə cinayətində təqsirləndirlən ABŞ vətəndaşlarını saxlayıb məhkəməyə təhvil verə bilməz. Dünyada baş verən müharibə cinayətlərinin isə 96 faizini məhz ABŞ vətədaşları törədir”.

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar