ABŞ aprelin 2-dən Venesueladan neft və ya qaz alan ölkələrə 25% idxal rüsumları tətbiq etməyi planlaşdırır.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün Truth Social sosial şəbəkəsində bəyan edib.
“Venesueladan neft və yaxud qaz alan istənilən ölkə ABŞ-yə, ölkəmizlə olan bütün ticarətə görə 25%-lik gömrük rüsumunu ödəməyə məcbur olacaq", o bildirib.
Tramp bunu “ikinci dərəcəli tariflər” adlandırıb. O qeyd edib ki, bu tədbirlər ona görə tətbiq edilir ki, Venesuela, ABŞ-yə cinayətkarları və beynəlxalq cinayətkar qrupların üzvlərini göndərir.
Tramp daha əvvəl demişdi ki, Venesuela Amerika Birləşmiş Ştatlarının düşmənidir. Amerika lideri vurğulamışdı ki, Birləşmiş Ştatlar Venesueladan “milyarlarla dollar dəyərində” neft almağa məhz Ağ Evin keçmiş rəhbəri Co Baydenin dövründə başlayıb.
Zaur,BakuPost