Ru
23:27 / 14 Mart 2025

Tramp: Bir sutkaya sülh vədi sarkazm idi

Tramp: Bir sutkaya sülh vədi sarkazm idi
Eye

ABŞ prezidenti Donald Tramp Ukraynada 24 saat ərzində sülhün bərqərar olacağına dair verdiyi vədləri sarkazm adlandırıb.

Bakupost.az xəbər verir ki, o, bu barədə cümə axşamı, martın 13-də lentə alınan FOX26-ya müsahibəsində bildirib.

O, jurnalistin seçki vədi ilə bağlı sualını belə şərh edib.

“Bizim Ukrayna tərəfi ilə atəşkəs razılaşmamız var və Rusiya ilə də buna nail olmağa çalışırıq. Düşünürəm ki, indiyə qədər hər şey yaxşı gedir. Bazar ertəsi bir az daha aydınlıq olacaq və ümid edirəm ki, bu, yaxşı xəbər olacaq”, - Tramp əlavə edib.

ABŞ dövlət katibi Marko Rubio da bildirib ki, Avropa ölkələri Rusiyaya qarşı sanksiya təzyiqlərini gücləndirməyə çalışır, lakin Vaşinqton indiki vəziyyətdə yeni məhdudiyyətlərin əleyhinədir.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar