“USAİD-i olduqca ideoloji bir təşkilata çevirmişdilər. Bu baxımdan o, ABŞ-ın solçu liberallarının yuvası idi. Onlar tamamilə Trampa və respublikaçılara qarşı köklənmişdilər. Ona görə Tramp USAİD-i tam şəkildə ləğv etmək istəməz. Çünki USAİD ABŞ-ın gücünü dünyaya yayan bir təşkilatdır. Düşünmürəm ki, təşkilat tam bağlanacaq. Amma ona əməlli-başlı əl gəzidiriləcək”.
Bunu
Bakupost.az -a millət vəkili Rasim Musabəyov bildirib.
Onun sözlərinə görə, böyük ehtimal ki, USAİD-i tam bağlanmasa da, bir çox proqramları ləğv olunacaq. Bu işlə birbaşa Tramp özü məşğul olmağa başlayıb. O bilir ki, orada yığılan insanlar bilavasitə onun əlehinə iş aparan insanlardır:
“Tramp deyir ki, onlar ABŞ-ın maliyyəsini talan edirlər. Burada ildə 50 milyard dollarlıq maliyyə xərclənir. Tramp bu məsələdə çox ciddidir və bu işin başını buraxan deyil. Fikrimcə, USAİD Dövlət Departamentinin nəzarətinə veriləcək və büdcəsi xeyli ixtisar olunacaq”.
Sevinc,
BakuPost