Ru
00:04 / 23 Aprel 2025

Tramp bu ölkələrə səfər edəcək

Tramp bu ölkələrə səfər edəcək
Eye

ABŞ prezidenti Donald Trampın növbəti səfərlərinin tarixi məlum olub.

Bakupost xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karoline Leavitt açıqlama verib.

O bildirib ki, ABŞ prezidenti Donald Tramp 13-16 may tarixlərində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edəcək xarici səfərə gedəcək. Onun ilk səfərinin şənbə günü, Papa Fransiskin Vatikanda dəfn mərasimində iştirak etdiyi zaman baş tutması planlaşdırılır.

Leavitt səfərlə bağlı təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, bu səfər Trampın vəzifəyə qayıtdıqdan sonra ikinci xaricə səfəri olacaq.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar