Ru
17:16 / 08 Aprel 2025

Tramp bu qərarından geri çəkiləcək - Lukaşenko

Tramp bu qərarından geri çəkiləcək - Lukaşenko
Eye

ABŞ prezidenti Donald Trampın ticarət tarifləri tətbiq etmək qərarı iqtisadi baxımdan məntiqsiz görünür.

Bakupost.az BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko deyib.

“İqtisadi baxımdan Trampın qərarı məntiqsiz görünür”, - o qeyd edib.

Lukaşenko diqqəti ona yönəldib ki, Ağ Ev rəhbəri artıq tariflər üzrə sövdələşmənin bağlanması üçün, xüsusən də Çinlə danışıqlara hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, Tramp bu qərarı “çox qəfil” qəbul etdiyini düşünüb.

“Yəni onlar (ABŞ hakimiyyəti-redş)geri çəkilməyə hazırdırlar”, - Belarus prezidenti vurğulayıb.

Aprelin 2-də Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə xeyli yüksək olub - Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq edib. Dünya liderləri Trampın qərarını pisləyərək, onu cavab tədbirləri ilə hədələyiblər

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar