“Trampın siyasi strategiyasının onun istədiyi templə getmədiyinə dair daha bir fakt ortaya çıxır. Az əvvəl Dövlət katibi Rubionun açıq söylədiyi bəzi fikirlər bir sıra analitiklərin doğru yolda olduqlarını sübut etdi. Onlar Trampın hətta bəzi əlamətləri ilə avantüranı xatırladan siyasətlə Çini təkləmək istədiyini iddia edirlər. Rubio isə bunu acıq şəkildə etiraf etməklə bərabər onu da əlavə etdi ki, Çinlə Rusiyanı bir-birindən ayıra biləcəklərinə o qədər də inanmırlar. Bu da nəticə. Çin və Rusiya vətəndaşların vizasız gediş-gəlişinə nail olmaq üzərində ciddi iş aparırlar”.
Bunu
Bakupost.az -a siyasi şərhçi Aydın Quliyev bildirib.
O qeyd edib ki, bu iki ölkənin vizasız gediş-gəlişi indiyə qədər də var. Məsələn, 15 günlük müddət çərçivəsində turistlər, uzaq reys sürücüləri vizasız rejimlə ölkə sərhədlərini keçirlər. Ancaq vizasız rejimin kütləviləşdirilməsi yönümündə sürətlə iş aparıldığı rəsmən təsdiqlənib:
“Belə çıxır ki, Tramp Çini sıxdıqca həm Rusiya-Çin yaxınlaşması sürətlənir, həm də Rusiya ilə "dostlaşma" siyasətinin iflası üzə çıxır”.
Sevinc,
BakuPost