Ru
14:36 / 21 Fevral 2025

"Tramp daxili siyasi təzyiqlərlə üzləşəcək" - Açıqlama

"Tramp daxili siyasi təzyiqlərlə üzləşəcək" - Açıqlama
765

"Moskva Zelenskinin getməsi fonunda Ukrayna ilə danışıqlar aparacağını bildirib. Bu təklif Tramp tərəfindən qəbul edilib. Baş verən proseslərlə bağlı Trampın daxili siyasi təzyiqlərlə üzləşməsi mümkündür. Ukrayna məsələsində güzəştlər Vaşinqtonun beynəlxalq imicinə mənfi zərbə olacaq”.

Bunu Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Avropa ilə siyasi münasibətlər sistemində tektonik dəyişikliklər baş verməsi Vaşinqtonun xarici siyasətinin iflasa uğradır. Nəticədə Avropa öz ordusunu qurduqdan sonra ABŞ-a ehtiyacı olmayacaq:



“Tramp Rusiya ilə Çini ayıracağını düşünür. Amma, bu, Çin-Avropa yaxınlaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə, Çin Rusiya və ABŞ sövdələşməsini özünə qarşı görür. Ona görə də ötən gün Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması barədə bəyanat verdi. Bu, açıq şəkildə Pekinin növbəti mərhələdə Ukraynanın yanında olması deməkdir. Trampın hazırkı siyasəti Ukrayna müharibəsini durdurmasına gətirib çıxarmayacaq”.

Politoloqun fikrincə, yeni dünya siyasi nizamında Avropa hərbiləşəcək. Öz təhlükəsizliyini özü təmin edəcək. Bu da NATO-nun fiaskosu deməkdir. Avropa İttifaqı öz təhlükəsizliyində Türkiyə ilə kordinasiyalı şəkildə fəaliyyət göstərəcək:

“Artıq Avropa dövlətləri və Türkiyə Ukraynanı müdafiə edəcək. Avropa ölkələri, Türkiyə və Çin Ukraynanı müdafiə edəcəksə, ABŞ-Rusiya sövdələşməsi baş tutmaya bilər. Amma, ABŞ Zeleskini aradan götürə bilər. Artıq Zelenskiyə Kremlin sevimli kəlməsi olan "nasist" epiteti yapışdırıla bilər. Trampın ikinci dünya müharibəsində Rusiyanın ABŞ-la birgə nasizmə qarşı savaşdığını deməsi təsadüfi deyildi. ABŞ-nin dövlət və geopolitik maraqları Rusiyaya güzəştə getməməyi tələb edir. Amma Trampın həyata keçirdiyi siyasət mövcud siyasi sistemi dağıdır. ABŞ prezidentinin yeni dünya nizamı qurması cəhdi Ukrayna siyasətindən asılı olacaq”.

Sevinc,
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar