Finlandiya ABŞ prezidenti Donald Trampın son açıqlamalarına görə NATO-nun təhlükəsizlik zəmanətlərinə arxalana bilməz.
Bakupost.az xəbər verir ki, bunu Yle telekanalına müsahibəsində ölkənin keçmiş xarici işlər naziri Erkki Tuomioya deyib.
“Trampın Finlandiya və ya başqa bir ölkə naminəAmerika maraqlarını riskə atmayacağı tamamilə aydındır. Kimsə bura gəlməyə cəhd edərsə, Finlandiya müdafiə üçün Amerikanın qoşunlarını göndərəcəyinə ümid edə bilməz”, - Tuomioya bildirib.
Onun sözlərinə görə, Tramp Ukraynanı atdığı kimi Finlandiyanı da “avtobusun altına ata bilər”. Keçmiş nazir həmçinin təklif edib ki, hücum zamanı NATO-nun dəstəyi kifayət etməyə bilər.
Tuomioya təklif edib ki, Avropa və Şimali Avropa ölkələri NATO-nun təhlükəsizlik zəmanətləri ilə bağlı qeyri-müəyyənlik problemini həll etmək üçün müdafiə sahəsində əməkdaşlığı gücləndirməlidir.
Zaur, BakuPost