Vaşinqtonda soyuq hava şəraiti ilə əlaqədar yanvarın 20-də andiçmə mərasimi Kapitoli Rotundasında keçiriləcək.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib.
"Bu təhlükəli şəraitdə heç kimin ziyan çəkməsini istəmirəm. Bu, xüsusilə böyük televiziya tamaşaçılarımız üçün gözəl və təhlükəsiz hadisə olacaq!" – Tramp Truth sosial şəbəkəsində yazıb.
Yanvarın 20-də Vaşinqtonda temperaturun -12 dərəcəyə qədər aşağı düşəcəyi proqnozlaşdırılır.
Açılış mərasimi paradın da keçiriləcəyi Capital One Arenadan canlı yayımlanacaq. Tramp and içdikdən sonra arenaya toplaşanlara qoşulacağına söz verib. Qalan tədbirlər, o cümlədən yanvarın 19-da mitinq və yanvarın 20-də üç bal planlaşdırıldığı kimi davam edəcək.
Zaur, BakuPost