Ru
23:50 / 17 Aprel 2025

Tramp: İrana hücum etməyə tələsmirəm, amma...

Tramp: İrana hücum etməyə tələsmirəm, amma...
Eye

Birləşmiş Ştatlar Tehranın inkişaf edən nüvə proqramına görə İrana hücum etməyə tələsmir.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ondan İslam Respublikasına nüvə proqramına görə hücum ehtimalını şərh etməsi istənilib.

"Mən deməzdim ki, bu variantı rədd etdim. Bunu etməyə tələsmirəm, çünki inanıram ki, İranın böyük bir ölkə yaratmaq və ölümlər olmadan xoşbəxt yaşamaq şansı var. Mən bunu görmək istərdim. Bu, birinci variantdır. İkinci variant baş tutsa, İran üçün çox pis olacaq. Məncə, İran danışıqlara gələmk istəyir. Ümid edirəm ki, onlar bunu edəcəklər. Bunu etsələr, onlar üçün çox yaxşı olacaq", - Tramp deyib.

Tramp qeyd edib ki, o, İran xalqını tanıyıram:

"Onlar gözəl xalqdırlar. Həmişə çox ağıllı, çox enerjili, çox müvəffəqiyyətli olublar və mən heç kimə zərər verəcək bir şey etmək istəmirəm. Amma İranın nüvə silahı ola bilməz. Hər şey çox sadədir. Biz onların sənayesini, torpaqlarını əlindən almaq istəmirik. Sadəcə deyirik ki, siz nüvə silahına sahib ola bilməzsiniz”.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar