ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İrana qarşı “maksimum təzyiq strategiyası”na, o cümlədən yeni böyük sanksiyalar paketinə qayıtmağı düşünür.
Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Məhdudlaşdırıcı tədbirlər hələ fevral ayında tətbiq oluna bilər və onların İranın neft sənayesindəki əsas oyunçulara təsir edəcəyi gözlənilir.
Mənbələr bildiriblər ki, Trampın əsas müşavirləri arasında ümumi konsensus var və onlar Tehrana qarşı sərt iqtisadi siyasətə qayıtmağı vacib sayırlar.
Trampın komandası həmçinin Venesuelaya qarşı mümkün addımları qiymətləndirir, lakin bu istiqamətdə strategiyanın təfərrüatları hələ açıqlanmayıb.
Zaur, BakuPost