ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İrandan həyatı üçün təhlükə olduğunu əsas gətirərək hərbi təyyarələr və nəqliyyat vasitələri tələb edib.
Bakupost.az xəbər verir ki, bu barədə özəli mənbələrinə və daxil olan məktublara istinadən “The Washington Post” yazıb.
Nəşrin məlumatına görə, son bir neçə həftədə siyasətçinin seçki qərargahının nümayəndələri ABŞ Məxfi Xidmətinin rəhbərliyinə məktublar göndərərək, onun Trampın təhlükəsizliyini adekvat şəkildə təmin etməməsindən narazılıqlarını ifadə ediblər. Respublikaçının qərargahından təkid ediblər ki, Məxfi Xidmət Trampın səfərləri üçün hərbi təyyarələr təmin etsin və ya onun şəxsi təyyarəsi üçün əlavə mühafizə ayırsın.
Bundan əlavə, siyasətçinin qərargahı Məxfi Xidmətdən Trampın iqamətgahları və mitinqləri üzərində uçuşlara qadağa qoymağı, 7 ştatda mitinqlərdə istifadə üçün gülləkeçirməz şüşə və Respublikaçılar hərbi maşınlar ayırmağı tələb edib. Siyasətçinin tərəfdarları İranın Trampa qarşı “dron və ya raketlərdən” istifadə edərək sui-qəsd törədəcəyindən ehtiyat edir.
The Washington Post bu tələbi "görünməmiş və heyrətləndirici tələb" adlandırıb. “Müasir tarixdə heç bir namizəd seçkilər ərəfəsində hərbi təyyarələrdən istifadə etməyib”, - nəşr vurğulayır.
Sentyabrın sonunda Tramp özünün Truth Social şəbəkəsində yazıb ki, guya İran onun həyatı üçün təhlükə yaradır.
Zaur, BakuPost