“Jurnalist Ceffri Qoldberq konfidensial yazışmaların aparıldığı qrupa təsadüfən əlavə edilib”.
Bakupost az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC New” telekanlı ilə telefon söhbətində danışıb.
O, məxfi materialların yayılmasına münasibət bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, baş verən insident gizlilik xarakteri daşıyan müzakirələrə heç bir təsir göstərməyib.