ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Martin Lüter Kinq, eləcə də Con və Robert Kennedi qardaşlarının qətlləri ilə bağlı məxfi məlumatları ictimaiyyətə açıqlamağa hazırlaşır.
Bakupost.az xəbər verir ki, bu barədə New York Post (NYP) qəzeti yazıb.
“Yaxın günlərdə biz prezident Con Kennedinin, onun qardaşı Robert Kennedinin və Dr. Martin Lüter Kinqin qətlləri ilə bağlı qalan sənədləri açıqlayacağıq”, - deyə Tramp bazar günü keçirilən mitinqdə tərəfdarlarına bildirib.
O, bunu hələ ilk prezidentlik dövründə etmək istəyib. Lakin hüquq-mühafizə orqanları rəhbərlərinin buna mane olub. 2020-ci il prezident seçkilərində isə Tramp məğlub olub.
Amerika KİV-lərinin məlumatına görə, 1963-cü ildə baş vermiş Con Kennedinin qətli ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərinin 95%-i açıqlanıb.
Lalə, BakuPost