Ru
19:18 / 21 Fevral 2025

Tramp Kiyevə yeni saziş təqdim etməyi tapşırıb

Tramp Kiyevə yeni saziş təqdim etməyi tapşırıb
1318

ABŞ prezidenti Donald Tramp digər nazirinə Ukrayna rəhbərliyinə Kiyev və Vaşinqton arasında vəziyyəti düzəltməyə yönəlmiş resurslarla bağlı yeni saziş təqdim etməyi tapşırıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Axios" portalı vəziyyətlə tanış olan amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, nadir torpaq mineralları üzrə sazişin yenilənmiş variantı fevralın 20-də axşam Kiyevə təqdim edilib. Ukrayna və Amerika tərəfləri cümə günü səhərə qədər onu müzakirə ediblər.

“Sazişin düzəliş edilmiş variantı ABŞ və Ukrayna arasında “vəziyyətin yaxşılaşdırılmasına” yönəlib... Tramp tərəfindən nazirə, - o, ABŞ-ın maliyyə naziri Skott Bessent deyil, - yeni təkliflə çıxış etmək tapşırılıb, - məlumatda deyilir.

Mənbə Trampın sərəncamını alan məmurun adını açıqlamayıb.

Eyni zamanda, “Axios” mənbəsi Ukrayna prezidenti Vladimir Zelenski yeni sazişdən imtina edərsə, ABŞ və Kiyev arasında münasibətlərin daha da pisləşəcəyindən narahatlığını ifadə edib.

Zaur, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar