NATO-nun baş katibi Mark Rutte ABŞ-a gözlənilən səfəri zamanı Vaşinqtonu Ukraynanı öz iradəsinə zidd olaraq münaqişənin nizamlanması ilə bağlı sazişinin şərtlərini qəbul etməyə məcbur etməməyə çağıracaq.
Bakupost.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Rutte Donald Tramp administrasiyasından Ukraynanı öz iradəsinə zidd olaraq sülh sazişinə məcbur etməməyi xahiş edəcək”, - məqalədə deyilir.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Kiyev Krımı Rusiyanın bir hissəsi hesab edəcək heç bir razılaşmanı qəbul etməyəcək. Siyasətçinin sözlərinə görə, Ukrayna qanuni olaraq “Krımın işğalını” tanımaqdan imtina edir, çünki bu, ölkə konstitusiyasına ziddir.
Zaur,BakuPost