Ru
21:30 / 11 Fevral 2025

Tramp maliyyə nazirini Kiyevə niyə göndərib?

Tramp maliyyə nazirini Kiyevə niyə göndərib?
810

ABŞ prezidenti Donald Tramp maliyyə naziri Skott Bessenti Ukraynaya göndərib.

Bakupost.az qazeta.ru-ya istinadən xəbər verir ki, o, bu barədə Truth Social-da bildirib.

ABŞ maliyyə nazirinin Prezident Vladimir Zelenski ilə görüşü nəzərdə tutulub.

Trampın sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi tezliklə başa çatmalıdır, çünki bu, çoxlu dağıntılara və tələfatlara səbəb olur.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton milyardlarla dollar xərcləyib, lakin bu, az nəticə verib.

Fevralın 11-də Bloomberg öz mənbələrinə istinadən bildirib ki, bu həftə ABŞ Maliyyə Nazirliyinin yeni rəhbəri Skott Bessent ABŞ-ın Ukraynanın mineral ehtiyatlarına çıxışı məsələsi ilə bağlı danışıqlar aparmaq üçün Kiyevə gedəcək.

Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl Kiyevə təhlükəsizlik zəmanəti müqabilində ABŞ prezidenti Donald Trampa Ukraynanın mineral ehtiyatlarını və yeraltı qaz anbarlarını təklif etməyə hazır olduğunu bildirib.

Zaur, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar