ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə mübahisəsindən sonra milli təhlükəsizlik rəsmilərinə Vaşinqtonun Kiyevə hərbi yardımı müvəqqəti və ya həmişəlik dayandırmasını nəzərdən keçirməyi tapşırıb.
Bakupost.az xəbər verir ki, bu barədə Wall Street Journal (WSJ) yazır.
Nəşr ABŞ rəsmisinə istinadən bildirir ki, Oval kabinetdə görüşündən sonra Tramp yüksək rütbəli rəsmilərə “ABŞ-nin Ukraynaya cari silah satışını müvəqqəti və ya daimi olaraq dayandıra biləcəyini” nəzərdən keçirməyi əmr edib.
Eyni zamanda məqalədə qeyd edilir ki, ABŞ prezidenti hər hansı qərar qəbul etməzdən əvvəl Zelenskinin gələcək addımları gözləmək niyyətindədir.
Öz növbəsində, Donald Tramp administrasiyasında ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə keçmiş direktoru bildirib ki, Ukrayna bundan sonra Vaşinqtondan yardım almayacaq.
Zaur, BakuPost