Ru
21:20 / 06 Mart 2025

Tramp NATO-da köklü dəyişikliklər edəcək

Tramp NATO-da köklü dəyişikliklər edəcək
Eye

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun NATO-dakı fəaliyyətində əsaslı dəyişikliklər etməyi düşünür.

Bakupost.az xəbər verir ki, bu barədə NBC telekanalı Amerika administrasiyasının üç hazırkı və bir keçmiş yüksək rütbəli məmuruna, həmçinin bir konqresmenə istinadən məlumat yayıb.

Onlar deyiblər ki, Tramp ümumi daxili məhsulunun (ÜDM) müəyyən faizini müdafiəyə xərcləyən alyans üzvlərinin müdafiəsinə üstünlük verməyi düşünür.

“Potensial siyasət dəyişikliyinə əsasən, ABŞ hücuma məruz qalan, lakin müvafiq müdafiə xərclərini ödəməyən NATO üzvünü müdafiə edə bilməz, - NBC bildirib.

Qeyd olunur ki, bu, Şimali Atlantika Alyansının bir NATO üzvünə hücumun bütün bloka hücum demək olduğunu bildirən beşinci əsas maddədən əhəmiyyətli dərəcədə uzaqlaşma olacaq.

Bundan əlavə, telekanalın məlumatına görə, ABŞ alyans üzvləri ilə təlimlərə üstünlük verə bilər ki, bunlar da öz büdcəsinin əhəmiyyətli hissəsini müdafiəyə verən ölkələr ola bilər.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar