Ru
13:33 / 10 Fevral 2025

Tramp Putinlə görüşünün vaxtını açıqladı

Tramp Putinlə görüşünün vaxtını açıqladı
Eye


ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə mümkün görüşlə bağlı suala cavab verərək bunun "uyğun vaxtda" baş tutacağını bildirib.


Bakupost.az xəbər verir ki, bu barədə “Air Force One” təyyarəsində dövlət başçısını müşayiət edən Ağ Ev komandası məlumat verib.

“Düşünürəm ki, mən Putinlə lazımi anda görüşəcəm. Doğru zamanda”, - deyə Tramp cavab verib.

Ağ Evin sahibi, həmçinin, inaqurasiyadan əvvəl və sonra Putinlə təmaslarının olub-olmaması ilə bağlı suala da qeyri-müəyyən cavab verib. Tramp sadəcə, söhbətlərin olduğunu deyib, lakin detalları açıqlamaq istəmədiyini bildirib. Və əlavə edib ki, tezliklə belə söhbətlər olacaq.

Jurnalistlərə açıqlama verən Tramp qeyd edib ki, gənclərin ölümünü dayandırmaq üçün Ukraynadakı münaqişəyə son qoymaq istəyir. O, əlavə edib ki, Putinlə daha çox əlaqədə olacaq: "Çünki biz müharibəni bitirməliyik".

Lalə, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar