ABŞ prezidenti Donald Tramp cümə axşamı rusiyalı həmkarı Vladimir Putinlə məhsuldar telefon danışığı apardığını və Ukraynadakı münaqişənin həlli üçün yaxşı şans olduğunu bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Truth Social sosial şəbəkəsində məlumat verib.
“Biz dünən Rusiya prezidenti Vladimir Putinlə çox yaxşı və məhsuldar müzakirə apardıq. Bu dəhşətli, qanlı müharibənin nəhayət, başa çatması üçün çox yaxşı şans var”, - Tramp yazıb.
Bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin martın 13-də axşam saatlarında Amerika liderinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüş keçirib. Onun sözlərinə görə, Amerikanın xüsusi nümayəndəsi Rusiya tərəfinə əlavə məlumat verib. Öz növbəsində, Putin Uitkoff vasitəsilə Trampa “məlumat və əlavə siqnallar” çatdırıb.
Zaur,BakuPost