Ru
18:30 / 09 Yanvar 2025

Tramp Qrenlandiyanı niyə almaq istəyir? - SƏBƏBLƏR

Tramp Qrenlandiyanı niyə almaq istəyir? - SƏBƏBLƏR
1203

Donald Trampın gələcək administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə müşaviri olacaq konqrsmen Mayk Uolts Qrenlandiyanın nəzarətə götürülməsinin seçilmiş prezident üçün niyə vacib olduğunu açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Avropa Həqiqəti" xəbər portalı məlumat yayıb.
Uoltsun sözlərinə görə, Qrenlandiya ABŞ-ın milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.

“Sizin Arktikanın kralı olmağa çalışan Rusiyanız var. Onun 60-dan çox buzqıran gəmisi var. Bəziləri nüvə mühərriklidir. Bizdə isə iki belə gəmi var və onlardan biri bu yaxınlarda yanıb”, – deyə gələcək müşavir bildirib.

Bundan əlavə, o qeyd edib ki, "söhbət minerallar və təbii ehtiyatlardan gedir".

“İndi qütb buzlaqları əridiyi üçün, çinlilər buzqıran gəmilərdən istifadə edir və həmin ərazilərdə irəliləyirlər. Deməli, bu, neft və qazdır. Bu, bizim milli təhlükəsizliyimizdir”, - deyə Uolts əlavə edib.

KİV-də yayılan məlumatlara görə, Tramp həm Amerikanın Qərb yarımkürəsində təsir dairəsini genişləndirmək, həm də öz irsini möhkəmləndirmək üçün Qrenlandiyanı ələ keçirmək fikrində ciddidir.
O, yanvarın 20-də vəzifəyə gəldikdən sonra Danimarkanın xarici ərazisini nəzarət altına almaq üçün hərbi və ya iqtisadi tədbirlərdən istifadə etmə ehtimalını istisna etməyəcəyini açıqlayıb.

Danimarka isə Trampın şərhlərinə cavab olaraq, Qrenlandiyanın satılmadığını bəyan edib.

Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar