Ru
23:20 / 21 Yanvar 2025

"Tramp Rusiya iqtisadiyyatına ölümcül zərbə vura bilər"

"Tramp Rusiya iqtisadiyyatına ölümcül zərbə vura bilər"
Eye

ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini Ukraynaya qarşı müharibəni tez bir zamanda dayandırmağa məcbur etmək rıçaqları var.

Bakupost.az xəbər verir ki, bu fikrlər Yel Universitetinin Liderlik İnstitutunun prezidenti Cefri Zonnenfeldin “Time” jurnalında dərc olunan məqaləsində yer alıb.

“Düşünürəm ki, Rusiyanın real problemləri olacaq... Düşünürəm ki, Putin Rusiyanı məhv edir”, - Tramp vəzifəsinin ilk günündə Oval Ofisdə mətbuat konfransı zamanı deyib.

Zonnenfeldin qeyd edib ki, Tramp haqlıdır, Putinin müharibədən qidalanan iqtisadiyyatı ölkənin bütün sektorlarda həyat qabiliyyətini
məhv edir.

"Putin sənaye bazasına yenidən sərmayə qoyuluşunu dayandırdı və bir çox özəl müəssisələrin qüdrətli sənaye gücünü aradan qaldıraraq, onlara nəzarəti ələ keçirdi. Rusiya real bəlaya düçar oldu, çünki onun iqtisadiyyatı çökür, Putin Rusiyanı məhv edir. Və daha da vacibi, Trampın qayıdışı Rusiyanı daha da geri ata bilər. Tramp Rusiya iqtisadiyyatına ölümcül zərbə vura bilər”, - deyə professor qeyd edib.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar