Ru
18:15 / 29 Dekabr 2024

"Tramp Rusiyanı döyüş meydanında güzəştə məcbur edəcək" - Açıqlama

"Tramp Rusiyanı döyüş meydanında güzəştə məcbur edəcək" - Açıqlama
1335


“ABŞ-nin yeni prezidenti Trampın Ukrayna üzrə planını Putin qəbul etməyib. Çünki bu plan Ukraynanın ərazi bütövlüyünü özündə ehtiva edir. Rusiya atəşkəsi qəbul etmir və müharibənin davam etdirilməsində maraqlıdır. Moskva Ukraynada qalib gəlmək və NATO-nu Şərqi Avropadan çıxarmaq, Qara Dəniz periferyasında əsas söz sahibi olmaq istəyir”.

Bu fikirləri Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə söyləyib.



O bildirib ki, Putin Trampla görüşməkdə maraqlıdır. Çünki Rusiyanın təsir dairəsini onun diqqətinə çatdırmaq və Vaşinqtonun Ukrayna siyasətindən geri çəkilməsinin lazım olduğunu əsaslandırmaq istəyir:

“ABŞ Rusiya kimi dövlət sisteminə malik olsaydı, Tramp Putinə razılaşardı. Necə ki, Tramp dünya siyasi nizamına qarşı çıxaraq Kanada və Panamanın suverenliyini, müstəqilliyini təhdid edir. Tramp Putin kimi eyni siyasi düşüncəyə malikdir. Qonşu ölkələrin müstəqilliyini qəbul etmir. Təbii ki, ABŞ-nin müstəqil, güclü idarəetmə sistemi Trampa avantüraya getməyə imkan verməz. Ona görə də Tramp-Putin görüşünün Ukrayna böhranını danışıqlar yolu ilə həll etmək perspektivi yoxdur. Yalnız bir tərəf güzəştə getməlidir. Tərəflərin birinin güzəştə getməsi isə məğlub olması deməkdir”.

Politoloqun sözlərinə görə, artıq Tramp da Putinin Ukrayna siyasətində güzəştə getməyəcəyinin fərqindədir. Ona görə Ukraynaya hərbi yardımları artırması üçün müşavirlərini təlimatlandıracaq və döyüş meydanında Rusiyanı güzəştə məcbur etmək siyasətinə üstünlük verəcək. Tramp elan etmişdi ki, əsas hədəfi İrandır. Yaxın Şərqdə İranın geosiyasi mövqeyi zəifləyib. Bayden adminstrasiyası Trampın İrana üstünlük verəcəyi və Ukraynanı arxa planda saxlayacagından narahat idi. Ona görə də İranın proksi qüvvələri sıradan çıxarılır və İran küncə sıxılırdı. Ancaq Ukrayna müharibəsi Tramp üçün əsas siyasi istiqamət kimi saxlanılır”.

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar