Birləşmiş Ştatların yeni seçilmiş Prezidenti Donald Tramp Ukrayna ordusunun ABŞ-nin verdiyi uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbələr endirməsinə qarşı çıxıb.
Bakupost.az xəbər verir ki, bu barədə o “TIME” jurnalına müsahibəsində danışıb.
Tramp vurğulayıb ki, bu addım münaqişə ətrafında vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq.
Yeni prezident Ukrayna lideri Vladimir Zelenskinin bu məsələdəki mövqeyini tənqid edib, eləcə də vəzifəsinin icrasında başladıqdan sonra Rusiya-Ukrayna müharibəsini necə başa çatdıracağı barədə fikirlərini bölüşüb: “Bu məqsədlə biz Ukraynaya dəstəkdən Rusiya əleyhinə vasitə kimi istifadə edəcəyik. Müharibənin dayandırılmasının yeganə yolu Ukraynadan dəstəyi əsirgəməməkdən keçir”.