Ru
16:48 / 07 Fevral 2025

Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirir?

Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirir?
691


ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq bildirib ki, Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiyaya yeni sanksiyalarla təzyiq edir.
Bakupost.az xəbər verir ki, bu barədə "Nyu York Post" nəşri məlumat yayıb.

Kelloq iddia edir ki, artıq tətbiq edilmiş samksiyaların böyük həcminə və Rusiyanın iqtisadiyyatının sübut edilmiş dayanıqlılığına baxmayaraq, Moskvanı sanksiyalarla sıxışdırmaq mümkündür.

"Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını sərtləşdirməyə hazırdır. Siz həqiqətən də sanksiyaları, xüsusilə son sanksiyaları (neft hasilatı və ixracı ilə bağlı) sərtləşdirə bilərsiniz", - deyə Kelloq deyib.

Lalə, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar