Ru
23:19 / 27 Fevral 2025

Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Eye 1416

ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əvvəllər tətbiq edilmiş bəzi sanksiyaların müddətini bir il uzadıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda qeyd olunur.

Həmin məlumatda söhbət 21 fevral 2022-ci ildə ABŞ-nin 46-cı prezidenti Co Bayden, 20 sentyabr 2018-ci ildə ilk prezidentlik dövründə Donald Tramp, eləcə də ABŞ-nin 44-cü prezidenti Barak Obama tərəfindən 6 mart, 16 mart, 20 dekabr, 2018-ci il tarixlərində Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərdən gedir.

Tramp belə qənaətə gəlib ki, bütün bu məhdudlaşdırıcı tədbirlər 6 mart 2025-ci ildən sonra da qüvvədə qalmalıdır.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar