Ru
17:05 / 18 Aprel 2025

Tramp Sevinc Osmanqızını Azərbaycana təhvil verə bilər

Tramp Sevinc Osmanqızını Azərbaycana təhvil verə bilər
Eye

Son aylarda sosial media platformalarında, müxtəlif “YouTube” kanalları üzərindən yayımlanan bəzi kontentlər Azərbaycan Respublikasının konstitusiya quruluşuna və ictimai sabitliyə qarşı yönəlmiş çağırışlarla diqqət çəkib. Xaricdə yaşayan və özlərini “siyasi mühacir” kimi təqdim edən bir sıra blogerlər müxtəlif kanallarda ölkə daxilində qarışıqlıq yaratmağa, dövlət qurumlarını hədəfə almağa, cəmiyyətdə çaşqınlıq və narazılıq doğurmağa yönəlik çıxışlar ediblər. Onların fəaliyyəti uzun müddətdir ictimai və hüquqi müstəvidə müzakirə mövzusudur.

Bu kontekstdə Azərbaycan Respublikasının Baş Prokurorluğu həmin şəxslərə qarşı hüquqi prosedura start verib. Aralarında Orduxan Bəbirov, Qabil Məmmədov və digər şəxslərin də olduğu qrupun üzvlərinə Cinayət-Prosessual Məcəllənin 467-13.4-cü maddəsinə əsasən rəsmi çağırış göndərilib. Onların Bakı şəhərində Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inzibati binasında istintaqda iştirak etmələri tələb olunub. Lakin qeyd olunan şəxslər uzun müddətdir ölkə hüdudlarından kənarda gizləndiklərinə və istintaqdan yayındıqlarına görə barələrində axtarış elan edilib.

Prokurorluq tərəfindən bildirilib ki, bu şəxslərə ibtidai istintaqda iştirak etmək, müdafiəçi seçmək və digər prosessual hüquqlardan istifadə etmək imkanları tanınır. Bununla yanaşı, qanunvericiliyin müvafiq tələblərinə əsasən, çağırışa əməl etmədikləri halda barələrində qiyabi icraat başlanılması və qiyabi hökmün çıxarılması da nəzərdə tutula bilər.

Bakupost.az xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib ki, bu şəxslər məsuliyyət hislərini tamamilə itiriblər, onlar Baş Prokurorluğun qərarını rişxəndlə qarşılayırlar:

"Görünür ki, erməni və ermənipərəst ağaları, sahibləri onları arxayın edən addımlar atıb. Əks halda onlardan belə davranış gözləmək olmazdı, məsuliyyət hiss edərdilər ki, Azərbaycan Baş Prokurorluğu barələrində artıq cinayət işi açıb və onları istintaqa cəlb edir. Amma görünür, Fransada məskunlaşan özünü bloger kimi təqdim edən, əslində isə anti-milli ünsür olan və Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı, konstitusyon quruluşu dəyişməyə çağırış edən, yəni başdan-ayağa cinayətkar əməllərə malik olan şəxslər Emmanuel Makronun prezident olduğu ölkənin onları Azərbaycana verməyəcəyindən arxayındırlar. Yaxud Almaniya ilə bağlı eyni fikirləri söyləmək olar. Bir daha demək istəyirəm ki, faktiki cinayət yolu seçmiş, terrorçuluğa, ölkəmizdə konstitusion quruluşu devirməyə çağırış etmiş, dələduzluq əməllərinə imza atmış bu şəxslərin arxayınçılığının yeganə motivi ölkələrdəki anti-Azərbaycan siyasi dairələri ilə bağlıdır. Arxayınçılıq bundan qaynaqlanır. Bir şey söyləyim ki, dünyada əbədi, daimi dostlar yox, daimi maraqlar var. Bir gün dəyişən maraqlar fonunda ağaları, yiyələri həmin bu şəxsləri bir əlcək kimi kənara tullayacaqlar. Deyəcəklər ki, “sizin faydalılıq əmsalınız bizim üçün bitdi”. Hesab edirəm ki, həmin gün elə də uzaqda deyil”.



E.Nəsirov ABŞ-də yaşayan Sevinc Osmanqızına da Baş prokurorluq tərəfindən cinayət işi açılmasının istisna olmadığını vurğulayıb:

“Bayden administrasiyası dövründə Sevinc Osmanqızı istisna idi. O, kanalında gecə-gündüz Bayden administrasiyasını tərifləyirdi. Lakin indi siz ona baxsanız görərsiniz ki, Tramp administrasiyasını və onun xarici siyasətini rişxəndlə qarşılayır. Və eyni zamanda onu ələ salır, məsxərəyə qoyur. Bu o deməkdir ki, indiki administrasiya onun maraqlarına uyğun siyasət yeritmir. Tramp administrasiyasının Azərbaycanla münasibətləri çox yaxşıdır. Trampın cənab İlham Əliyevə göndərdiyi son məktubda da bunu görmək mümkündür. Azərbaycan Prezidentinin Trampın seçilməsinin ABŞ-Azərbaycan münasibətlərinin inkişafına gətirib-çıxaracağına əminliyini ifadə etməsi fonunda məsələlərə qiymət versək, prespektivdə Sevinc Osmanqızının elə məhz Tramp tərəfindən Azərbaycana təhvil verilməsi baş tuta bilər”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar