Ru
18:14 / 16 Aprel 2025

Tramp tariflərlə təhdid etdi - Çin iqtisadiyyatı artdı

 Tramp tariflərlə təhdid etdi - Çin iqtisadiyyatı artdı
Eye

Çinin iqtisadiyyatı 2025-ci ilin ilk rübündə 5.4% artaraq analitiklərin 5.1%-lik gözləntisini üstələyib.

Bakupost.az Euronews-a istinadən bildirir ki, bu, son 18 ayın ən güclü artımıdır və iqtisadiyyatı canlandırmaq məqsədilə görülən stimullaşdırıcı tədbirlərin nəticə verdiyini göstərir.

Mart ayı üzrə əsas iqtisadi göstəricilər də proqnozları üstələyib. Sənaye istehsalı 7.7%, pərakəndə satışlar 5.9%, əsas kapital yatırımları isə 4.2% artıb. Lakin daşınmaz əmlaka yatırımlar 9.9% azalıb ki, bu da sektorun zəifliyinin davam etdiyini göstərir. İşsizlik göstəricisi fevralda 5.4% olduğu halda, martda 5.2%-ə düşüb.

Müsbət göstəricilərə baxmayaraq, ABŞ ilə artan ticarət gərginliyi fonunda narahatlıqlar qalmaqdadır. Donald Trampın Çin məhsullarına 145%-lik yeni tarif tətbiqi iqtisadi artımın qarşısını ala biləcək riskləri artırır.

Çin Statistika Bürosu isə mürəkkəbləşən xarici mühit və zəif daxili tələbat fonunda bərpa prosesinin hələ də möhkəmləndirilməsinə ehtiyac olduğunu bildirib.

Pekinin illik siyasət toplantısında 2025-ci il üçün 5%-lik iqtisadi artım hədəfi qoyulub və büdcə kəsiri ÜDM-in 4%-nə qədər artırılıb. Bu, son 30 ilin ən yüksək səviyyəsidir və daha aqressiv maliyyə siyasətindən xəbər verir.

Bütün bunlara baxmayaraq, Çin birjalarında ehtiyatlı əhval-ruhiyyə qalır. Analitiklər qeyd edir ki, investorlar xüsusilə tariflərin mümkün təsirlərindən ehtiyat edirlər.

Cavidan,BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar