ABŞ-ın 47-ci seçilmiş prezidenti Donald Tramp administrasiyası ilə qeyri-qanuni miqrantların kütləvi şəkildə deportasiyasına hazırlaşdığını təsdiqləyib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə öz sosial şəbəkəsində bildirib.
"Bu, doğrudur", - deyə prezident sözügeedən məlumatı əks etdirən rəy yazıb.
Xarici KİV-in məlumatına görə, Tramp miqrantları deportasiya etmək məqsədilə hərbi texnikadan istifadə etmək üçün ABŞ-da fövqəladə vəziyyət tətbiq edə bilər. Artıq bu qərar üçün ilkin şərtlər var. Gələcək prezidentin fikrincə, bu üsul əcnəbiləri, o cümlədən potensial təhlükəli miqrantları ölkədən çıxarmaq üçün hərbi qüvvələrdən istifadə etməyə imkan verəcək.
Zaur, BakuPost