Ru
22:17 / 24 Fevral 2025

Tramp: Tezliklə Zelenski ilə görüşüb saziş imzalayacağıq

Tramp: Tezliklə Zelenski ilə görüşüb saziş imzalayacağıq
942

ABŞ prezidenti Donald Tramp bu və ya növbəti həftə Volodymyr Zelensky ilə faydalı qazıntılar haqqında sazişi imzalamaq üçün görüşəcəyini deyib.

Bakupost.az xəbər verir ki, o, bu barədə özününTruth Social şəbəkəsində bildirib.

Tramp ABŞ-ın müqavilə çərçivəsində Ukraynaya xərclədiyi pulu geri alacağını bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti buna qarşı çıxıb və ödənişin gələcək yardıma sərf olunmasını tələb edib.

"Mən Birləşmiş Ştatlar və Ukrayna arasında mühüm sazişin çox yaxında imzalanacağına ümid etdiyimizi vurğuladım. İqtisadi tərəfdaşlıq xarakterli bu müqavilə Amerika xalqının Ukraynaya göndərilən on milyardlarla dolları və hərbi texnikanın geri qaytarılmasını təmin edəcək və Ukrayna iqtisadiyyatının böyüməsinə kömək edəcək. Bu, vəhşi müharibənin sona çatması deməkdir", - Tramp bildirib.

O, həmçinin Putinlə danışıqlar apardığını, danışıqların "çox yaxşı" getdiyini və təkcə Ukraynayadeyil, həm də birgə iqtisadi layihələi bildirib:

"Eyni zamanda, mən Rusiya prezidenti Vladimir Putinlə müharibənin dayandırılması və ABŞ ilə Rusiya arasında imzalanacaq böyük iqtisadi inkişaf sazişləri barədə ciddi danışıqlar aparıram. Danışıqlar çox yaxşı gedir!"

Zaur, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar