Ru
14:33 / 28 Dekabr 2024

Tramp TikTok-a qadağanı ləğv etmək istəyir

Tramp TikTok-a qadağanı ləğv etmək istəyir
Eye

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çin sosial şəbəkəsi TikTok-un qadağan edilməsinin təxirə salınması ilə bağlı Ali Məhkəməyə müraciət edib.

Bakupost.az xəbər verir ki, bu barədə FOX xəbər verir.

Siyasətçi müraciətində yanvarın 20-də keçirilən inauqurasiyasından sonra ABŞ hökuməti ilə sosial şəbəkə arasındakı münaqişənin həllində vasitəçi olmasına icazə verilməsini xahiş edib. O, TikTok-un ölkədə qadağan edilməsinin qarşısını almaq, “on milyonlarla”amerikalının hüquqlarını qorumaq və milli təhlükəsizlik məsələsini həll etmək" niyyətindədir.Ali Məhkəmə yanvarın 10-da tərəflərin şifahi dəlillərini dinləyəcək, yanvarın 19-da isə sosial şəbəkə bloklana bilər.

Siyasətçi qeyd edib ki, o özü də 15 milyona yaxın abunəçisi olan TikTok-dan seçiciləri ilə ünsiyyət qurmaq üçün istifadə edir və platformanı “fikirlərin ifadə azadlığı üçün unikal media” hesab edir.

Bu həftə Tramp bildirib ki, sosial şəbəkədə onun özü və seçki kampaniyası haqqında videoların çoxsaylı baxış toplaması ona xoş gəlib. Bundan başqa, ayın ortalarında ABŞ-ın gələcək rəhbəri TikTok-un baş direktoru Şou Tzu Çu ilə görüş keçirib.

Qeyd edək ki, 2024-cü ilin aprelində ABŞ-ın fəaliyyətdə olan prezidenti Co Bayden TikTok-la bağlı qanun imzalayıb. Bu qanuna əsasən, platforma ABŞ şirkətinin idarəçiliyinə keçməli, əks halda onun ölkə ərazisində fəaliyyəti qadağan edilməlidir. ABŞ hakimiyyəti Çin hökumətinin istifadəçilər haqqında məlumatları tələb edə biləcəyindən və ya tətbiqdən təbliğat məqsədilə istifadə edəcəyindən narahatdır. Lakin TikTok dəfələrlə bu narahatlıqlarla razılaşmadığını bildirib.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar