Ru
17:55 / 17 Mart 2025

Tramp “Tren de Araqua”nın 200-dən çox üzvünü deportasiya etdirdi

Tramp “Tren de Araqua”nın 200-dən çox üzvünü deportasiya etdirdi
Eye

Tramp administrasiyası, məhkəmənin qadağa qərarına baxmayaraq, “Tren de Araqua” adlı Venesuela dəstəsinin üzvlərini deportasiya edib.

Bakupost.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ administrasiyasından hakimin dəstə üzvlərinin hərəkətlərini dayandırmaq səlahiyyətinə malik olmadığı vurğulanıb.

Deportasiya əməliyyatı hakim Ceyms Boasberqin Prezident Donald Trampın "Yad Düşmənlər Aktı" çərçivəsində “Tren de Araqua”nın 200-dən çox üzvünü deportasiya etməsini dayandırmaq cəhdindən sonra baş tutub. Bu dəstə adam oğurluğu, hədə-qorxu və sifarişli qətllərlə əlaqələndirilir.

“Hakim ABŞ torpağından fiziki olaraq çıxarılmış xarici terrorçularla dolu bir təyyarənin hərəkət istiqamətini müəyyən edə bilməz”, - Ağ Evin mətbuat katibi Karolayn Livitt bildirib.

O deyib ki, məhkəmənin qərarının “heç bir hüquqi əsası yoxdur” və ümumiyyətlə, federal məhkəmələrin prezidentin xarici siyasəti necə həyata keçirdiyinə müdaxilə etmək səlahiyyəti yoxdur.

Qeyd edək ki, şənbə axşamı keçirilən dinləmədə hakim Boasberq "Yad Düşmənlər Aktı"nın tətbiqini 14 gün müddətinə dayandırıb. O bildirib ki, qanun “müharibəyə bərabər düşmən hərəkətləri” ilə əlaqəli hallara şamil olunur və bu cür hallar başqa bir ölkə tərəfindən törədilməlidir.

Trump isə bu qanundan istifadə etməkdə haqlı olduğunu bildirib. O deyib ki, son illərdə immiqrasiyanın artmasını müharibəyə bənzər bir vəziyyət kimi qiymətləndirir:
“Bu müharibədir. Bir çox baxımdan müharibədən də təhlükəlidir, çünki müharibədə onların üzərində forma olur, kiminlə döyüşdüyünü bilirsən, kimə qarşı mübarizə apardığını bilirsən”.

Amin Rızayev, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar