İtaliyanın baş naziri Giorgia Meloni hesab edir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Qərbin maraqlarını müdafiə edəcək və Ukraynanı tək qoymayacaq.
Bakupost.az Reuters-ə istinadən xəbər verir ki, o, bu barədə illik mətbuat konfransında bildirib.
Meloninin fikrincə, Moskvanı danışıqlar masasına oturmağa onu yalnız çətin vəziyyətə saldıqda inandırmaq olar:
"Mən ABŞ-ın Ukraynadan uzaqlaşacağını gözləmirəm. Trampın diplomatiya və qarşısını almaq arasında balans yaratmaq qabiliyyəti var və mən proqnozlaşdırıram ki, bu, dəfə də belə olacaq".
Meloni Trampa ən yaxın olan Avropa liderlərindən biri hesab olunur. Ona görə də tərəfdarları onun Vaşinqtonla Avropa arasında “körpü” olacağına ümid edirlər.
Məlum olduğu kimi, ABŞ-ın seçilmiş prezidenti Tram seçki kampaniyası zamanı davamlı olaraq yenidən seçiləcəyi təqdirdə dərhal Ukraynada müharibəyə son qoyacağını vəd edib. O, bunun üçün 24 saat vaxt lazım olduğunu söyləyib.
Seçkidə qələbə qazandıqdan sonra Tramp müharibəni bitirməyə çalışdığını bildirib. Mətbuatın yazdığına görə, o, bu vədini bir neçə ay “təxirə salıb”.
Zaur, BakuPost