Ru
14:30 / 04 Fevral 2025

Tramp USAİD-in fəaliyyətini kardinal şəkildə dəyişəcək - Politoloq

Tramp USAİD-in fəaliyyətini kardinal şəkildə dəyişəcək - Politoloq
670


“Məlum olduğu kimi, Tramp administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) 60-a yaxın yüksək vəzifəli məmuru məzuniyyətə buraxıb. Rəsmi Bakının da bu təşkilata münasibəti birmənalı deyil. USAID son iki ildə Azərbaycan-Ermənistan münasibətlərində tərəf tutmağa başlayıb, hökumətə qarşı ittihamlar səsləndirib”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında politoloq Zaur Məmmədov söyləyib.

Onun dediyinə görə, USAID-in Azərbaycana qarşı qərəzli ittahamları əsasən, 2023-cü ilin sonunda, rəsmi Bakının Qarabağda birgünlük lokal antiterror əməliyyatı ilə ərazi bütövlüyünü bərpa etməsindən sonra başlayıb.:


"Həmin vaxt USAID-in rəhbəri Samanta Pauer deyib ki, bir günlük antiterror əməliyyatı nəticəsində "yüz mindən çox insan evlərini tərk etməyə, qonşu Ermənistana köçməyə məcbur olub". Halbuki, birgünlük antiterror əməliyyatından dərhal sonra Ermənistanın bas naziri Nikol Paşinyan bəyanat verdi ki, dinc əhaliyə qarşı heç bir zorakılıq olmayıb, sadəcə əhali Azərbaycanın yurisdiksiyasında yaşamaq istəməyərək Ermənistana köçüb. Həmin vaxt Azərbaycan hökuməti dinc əhaliyə erməni dilində müraciət eidi ki, onlar qalıb Azərbaycan vətəndaşlığını qəbul edib, burada yaşaya bilər. Lakin 20 nəfərdən başqa bunu heç kim qəbul etmədi. Samanta Pauer isə bu fikri ilə nədənsə, ermənilərdən daha cox erməni olmağa uğursuz cəhd göstərdi. Görünən odur ki, Tramp USAİD - in fəaliyyətini kardinal şəkildə dəyişməyi planlaşdırıb. Bu dəyişiklik isə bütün dünyanın hiss edəcəyi səviyyədə olacaq. Çünki, maliyyələşənlər arasında dövlətlər, səhiyyə sahələri, milyonlarla insanlar da var”.

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar