Ru
20:51 / 18 Fevral 2025

Tramp və Putin Zelenskinin hakimiyyətdən getməsini istəyir - Fox News

Tramp və Putin Zelenskinin hakimiyyətdən getməsini istəyir - Fox News
1145

ABŞ və Rusiya Ukraynada seçkilərin keçirilməsini nizamlanma prosesində uğurun əsas şərti hesab edirlər. Eyni zamanda, ölkə prezidentləri Donald Tramp və Vladimir Putin “Ukraynanın hazırkı prezidentinin yenidən seçilmək şanslarını aşağı hesab edirlər”.

Bakupost.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının jurnalisti Ceki Haynriç diplomatik dairələrdəki mənbələrə istinadən X sosial şəbəkəsində yazıb.

Haynriç Ukraynadakı mənbələrə istinadən bildirib ki, Tramp “seçkinin istənilən nəticəsini, o cümlədən rusiyayönlü namizədin seçilmə ehtimalını qəbul etməyə hazırdır”.

Jurnalistin sözlərinə görə, Putin də bu ehtimalı yüksək hesab edir və əmindir ki, “Ukraynanın hazırkı prezidenti istisna olmaqla, istənilən digər namizəd daha çevik, danışıqlara və güzəştlərə hazır olacaq”.

Zaur, BakuPost

Tramp və Putin Zelenskinin hakimiyyətdən getməsini istəyir - Fox News
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar