Ru
11:49 / 31 Mart 2025

Tramp və Starmer razılığa gəldi - Putinə təzyiqlər davam edəcək

Tramp və Starmer razılığa gəldi - Putinə təzyiqlər davam edəcək
Eye

Böyük Britaniyanın baş naziri Kir Starmer və Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Rusiya Federasiyasının prezidenti Vladimir Putinə birgə təzyiqləri davam etdirmək qərarına gəliblər.

Bakupost.az MK-ya istinadən xəbər verir ki, bu barədə Britaniya hökuməti bildirib.

Hökumətin saytında yerləşdirilən bəyanatda deyilir ki, “liderlər Putinə qarşı kollektiv təzyiqin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər”.

Donald Tramp və Kir Starmer Parisdə “istəklilər koalisiyası”nın görüşü zamanı görüşüblər.

Martın 27-də Fransanın paytaxtında “istəklilər koalisiyası”nın sammiti keçirilib və burada Qərb ölkələrinin Ukraynaya dəstəyi müzakirə olunub. İclasda NATO-nun baş katibi Mark Rutte, Kanada və bir sıra Avropa ölkələrinin rəhbərliyi iştirak edib.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar