Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:27 / 27 Noyabr 2024

Tramp yeni administrasiyada süni intelektlə bağlı vəzifə TƏSİS EDİR

480
Gələcək administrasiyasının formalaşdırılması ilə fəal məşğul olan ABŞ-nin seçilmiş prezidenti Donald Tramp yeni vəzifə - "süni intellekt çarı" təsis etmək imkanını nəzərdən keçirir.

Bakupost.az Oxu.az-a istinadən bildirir ki, bu barədə "Axios" nəşri mənbələrə istinadla xəbər yayıb.

Bildirilir ki, vəzifəni tutan şəxsin ABŞ-nin süni intellekt texnologiyalarının inkişafında lider rolunu təmin etmək məqsədilə dövlət və özəl resurslara nəzarət edəcəyi gözlənilir. Lakin qeyd olunur ki, bu məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

Ehtimal ki, bu vəzifəyə namizədləri Trampın gələcək administrasiya üzvləri - milyarder İlon Mask və sahibkar Vivek Ramasvami təklif edə bilərlər. Hər iki biznesmenin süni intellektlə qarşılıqlı əlaqə təcrübəsi var.

"Süni intellekt çarı" vəzifəsinin təsis edilməsi ideyasını Tramp və onun yaxınları hələ prezident seçkisi kampaniyası dövründə müzakirə ediblər. Respublikaçıların planlarına görə, yeni texnologiyalar dövlət aparatının səmərəliliyini artırmağa, xüsusilə də əlavə xərclərdən və dələduzluqdan xilas olmağa imkan verəcək
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar