Ru
23:50 / 07 Yanvar 2025

Tramp yenidən Kanada və Meksikanı hədələdi

Tramp yenidən Kanada və Meksikanı hədələdi
1583

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yenidən Kanada və Meksikanı hədələyib.

Bakupost.az "İnterfaks"a istinadən xəbər verir ki, o, qeyri-qanuni miqrantların və narkotiklərin bu ölkələr vasitəsilə ABŞ-a daxil olduğunu xatırladıb. Tramp deyib ki, o, bu faktlara görə Kanada və Meksikaya ciddi rüsumlar tətbiq etmək niyyətindədir.

"Meksika milyonlarla insanın ölkəmizə gəlməsinə icazə verməyi dayandırmalıdır. Biz Meksika və Kanadaya çox ciddi tariflər tətbiq edəcəyik, çünki Kanada da bu insanların bizim ölkəyə gəlməsinə icazə verir", - deyə o, çərşənbə axşamı mətbuat konfransında deyib.

Tramp həmçinin yaxın gələcəkdə Meksika körfəzinin adını “Amerika körfəzi” adlandırmağı planlaşdırdığını bildirib.

O, daha əvvəl bildirib ki, rəsmi olaraq vəzifəyə gəldiyi ilk gündən Kanada və Meksikadan ABŞ-yə daxil olan bütün mallara 25% rüsum tətbiq etmək niyyətindədir. Tramp qeyd edib ki, Kanada və Meksika qeyri-qanuni miqrasiyanı və ABŞ-a fentanil tədarükünü dayandırmasa, belə tədbirlər görəcək.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar