ABŞ prezidenti Donald Trampla söhbəti zamanı Vladimir Zelenski sülhə nail olmaq istədiyini bildirib.
Bakupost.az xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə Truth Social sosial şəbəkəsində yazıb.
"Mən indicə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdım. Söhbət çox yaxşı keçdi. O da Rusiya prezidenti Vladimir Putin kimi sülh istəyir. Biz müharibə ilə bağlı bir çox mövzuları müzakirə etdik", - Tramp yazıb.
"Biz müharibə ilə bağlı bir çox mövzuları müzakirə etdik, lakin əsasən cümə günü Münhendə baş tutacaq görüş barədə danışdıq. Orada vitse-prezident Jey Di Vens və dövlət katibi Marko Rubio ABŞ nümayəndə heyətinə başçılıq edəcəklər. Ümid edirəm ki, bu görüşün nəticələri müsbət olacaq. Kütləvi ölüm və dağıntılara səbəb olan bu mənasız müharibəni dayandırmağın vaxtıdır. Allah Rusiya və Ukrayna xalqına xeyir versin”, – Ağ Evin sahibi yazıb.
Bundan əvvəl Tramp Rusiya prezidenti Vladimir Putinlə də telefon danışığı aparıb.
Zaur, BakuPost